Ukraynada daha bir jurnalist güllələnərək ÖLDÜRÜLDÜ

Rusiya-Ukrayna müharibəsində öldürülən jurnalistlərin sayı 6 nəfərə çatıb

İki həftə əvvəl itkin düşən ukraynalı fotoqraf və sənədli film rejissoru Maks Levin paytaxt Kiyev yaxınlığında ölü tapılıb.

Bu barədə aprelin 2-də prezidentin köməkçisi Andrey Yermak bildirib.

“Maks Levin martın 13-də Kiyev vilayətində münaqişə zonasında itkin düşmüşdü. Onun meyiti aprelin 1-də Quta Mejihirska kəndi yaxınlığında tapılıb”, – deyə, prezident köməkçisi “Telegram” paylaşımında qeyd edib.

Sərhədsiz Reportyorlar Təşkilatı isə məlumat yayaraq bildirib ki, Levin öldürülərkən silahsız, əynində mətbuat gödəkçəsi olub. Beləliklə o, fevralın 24-də Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bəri öldürülən altıncı jurnalistdir.

“Jurnalistləri hədəfə almaq müharibə cinayətidir”, – deyə, Parisdə yerləşən Media Nəzarəti Təşkilatı bildirib.

Ukrayna Baş Prokurorluğu isə qeyd edib ki, ilkin məlumatlara görə Levin Rusiya hərbçiləri tərəfindən iki dəfə atıcı silahdan atəşə tutulub.

Dörd uşaq atası olan 40 yaşlı Levin “Reuters”, “BB” və “Associated Press” də daxil olmaqla bir çox Ukrayna və beynəlxalq media ilə işləyirdi.

Mənbə musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest