Ukrayna nazirindən ŞOK AÇIQLAMA: “Putin bayram edə bilər”

“Avropa İttifaqı Rusiya neftinə embarqo qoymadan sanksiyaların altıncı raundunun qəbuluna səs versə, bu, onun sıralarında parçalanmaya gətirib çıxaracaq”. 

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki,  Le Monde analitikləri isə “Baydenin Putini “taun” etmək cəhdinin uğursuzluqla nəticələndiyini bildirib.
Almaniyada keçirilən “G7” ölkələrinin xarici işlər nazirlərinin toplantısında çıxış edən Kuleba, Aİ-ni Rusiya neftinə embarqo tətbiq etməyə çağırıb. Əks halda bunun, Avropa İttifaqı birliyinin pozulmasına səbəb olacağını dilə gətirib: “Əgər altıncı sanksiya paketi neft embarqosu olmadan qəbul edilərsə, o zaman prezident Putin bayram edə bilər. Çünki, bir ölkənin, yəni Macarıstanın mövqeyinə görə Avropa İttifaqının birliyi ilk dəfə pozulacaq” – Kuleba vurğulayıb.

Xatırladaq ki, Macarıstan Rusiya neftinin tədarükünün qadağan edilməsinə qarşıdır. Baş nazir Viktor Orban bu addımın atılmasını atom bombasına bərabər hadisə adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest