“Ukrayna hökuməti xarici siyasət məqsədlərinə çatmaq üçün mülki əhalidən istifadə edir”- İşçenkodan ŞOK İDDİA

“Rusiyanın denazifikasiya və demilitarizasiya üzrə xüsusi əməliyyatı fonunda Ukrayna hakimiyyəti xarici siyasətdəki məqsədlərinə çatmaq üçün mülki əhalidən istifadə edir”.

Bu fikirləri “Rossiya Seqodnya” agentliyinin köşə yazarı Rostislav İşçenko səsləndirib. İşçenko müəllif məqaləsində Kiyevin taktikasından ətraflı danışıb.

O, ilk növbədə diqqəti prezident Volodimir Zelenskinin başçılıq etdiyi hökumətin Ukrayna vətəndaşlarına humanitar dəhlizlər verməkdən imtina edərək hərbi cinayətlər törətdiyinə yönəldib.  İşçenkonun digər iddiasına görə, Kiyev xüsusi əməliyyat zamanı strateji üstünlük əldə etmək üçün mülki əhalidən yararlanır.

Rusiyanın mütəmadi olaraq humanitar dəhlizlər açdığını deyən müəllif Ukraynanın öz mülki əhalisini praktiki olaraq zorla ölkənin qərb bölgələrinə apardığını iddia edib.

İşçenko qeyd edib ki, Zelenski və onun həmfikirləri özlərindən geriyə əhalisi tamamilə qorxmuş və yanlış informasiya ilə yüklənmiş, əsasən də yaşlı insanlardan ibarət şəhərləri qoymaq niyyətindədirlər. Bu yanaşma Kiyevin istənilən yolla hakimiyyəti əldə saxlamağa çalışacağı ilə izah oluna bilər.

“Hakimiyyət Ukrayna əhalisinin üçdə birinə qədər olan hissəsini mühacirətə qovmağa ümid edir. Sonra bu rəqəmlərdən istifadə edərək, Rusiyanın həmin ərazilərdə qurmağa çalışdığı istənilən rejimin qeyri-qanuni olduğunu deyəcəklər. Çünki bu, müharibədən əvvəlki əhalinin əhəmiyyətli hissəsinin qovulmasına əsaslanır” – deyə İşçenko fikirlərini yekunlaşdırıb.

Müşviq Tofiqoğlu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest