“Ukrayna bir neçə dövlətə parçalanacaq” – Patruşev

“Qərbin və onun nəzarəti altında olan Kiyevin siyasətinin nəticəsi bu ölkənin bir neçə dövlətə parçalanması ola bilər”.

Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

O, bildirib ki, Ukraynada yaşayan xalqları indi yalnız millətçi batalyonların qorxusu birləşdirir.

“Amerikalılar Rusiyanı sıxışdırmaq üçün Kiyevdəki himayədarlarından istifadə edərək ölkəmiz üçün antipod yaratmaq qərarına gəldilər və mahiyyətcə tək bir xalqı parçalamağa çalışdılar. Vaşinqton hələ 2014-cü il dövlət çevrilişindən çox əvvəl ukraynalılara öz millətlərinin müstəsnalığını və rus olan hər şeyə nifrət aşıladı. Lakin tarix öyrədir ki, nifrət heç vaxt milli birliyin etibarlı amilinə çevrilə bilməz. Bu gün Ukraynada yaşayan xalqları birləşdirən millətçi batalyonların vəhşiliklərindən qorxmasıdır”. visiontv.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest