UEFA Millətlər Liqasının qrup mərhələsində dördüncü tura start verilib.
A, B, C və D Liqalarında ümumilikdə doqquz qarşılaşma baş tutub.
A Liqasının ikinci qrupunda İspaniya Çexiyanı qəbul edib. İspaniya yığması 2:0 hesabı ilə qalib gəlib. Qrupun digər oyununda İsveçrə Portuqaliyanı 1:0 hesabı ilə məğlub edib.
B Liqasının dördüncü qrupunda Norveç İsveçlə oyunda 3:2 hesabı ilə qalib gəlib. Sloveniya və Serbiya yığmalarının oyunu isə 2:2 hesablı bərabərliklə yekunlaşıb.
C Liqasının ikinci qrupunda Şimali İrlandiya və Kipr komandalarının görüşü 2-2 hesablı heç-heçə ilə bitib. Yunanıstan isə Kosovonu 2:0 hesabı ilə məğlub edib. Liqanın dördüncü qrupunda Gürcüstan Bolqarıstanı qəbul edib. Görüş 0:0 hesabı ilə yekunlaşıb. Şimali Makedoniya isə Cəbəllütariqi 4:0 hesabı ilə məğlub edib.
Nəhayət, D Liqasının ikinci qrupunda Malta San Marinoya 1:0 hesabı ilə qalib gəlib.
UEFA Millətlər Liqası
A Liqası, 2-ci qrup
İsveçrə-Portuqaliya – 1:0
İspaniya-Çexiya – 2:0
B Liqası, 4-cü qrup
Norveç-İsveç – 3:2
Sloveniya-Serbiya – 2:2
C Liqası, 2-ci qrup
Şimali İrlandiya-Kipr – 2:2
Yunanıstan-Kosovo – 2:0
4-cü qrup
Şimali Makedoniya-Cəbəllütariq – 4:0
Gürcüstan-Bolqarıstan – 0:0
D Liqası
2-ci qrup
Malta-San Marino – 1:0.