Ucarda məktəb direktoru 8-ci sinif şagirdinə əxlaqsız təklif etdi-ŞOK İDDİA

Ucarda məktəb direktorunun azyaşlı şagirdə qarşı əxlaqsızlıq təklif etməsi iddia olunur.
Bu iddia ilə rayonun Pirkənd kənd orta məktəbinin 8-ci sinif şagirdi, 2007-ci il təvəllüdlü N.H-nın atası, üçüncü qrup gözdən əlil Elmin Həşimov çıxış edib.
O bildirib ki, məktəbin direktoru 60 yaşlı Tapdıq İsayev qızını öz otağına çağırıb:
“Birinci dəfə qızımı tənəffüsdə otağına çağırıb, getməyib. Sonra dərs vaxtı adam göndərib ki, qızım otağına getsin. Qızım otağına gedəndə isə deyib ki, sənin atan səni oxutdurmayacaq. Mən səni oxutduracam, qiymətlərinin yazılmasına kömək edəcəm. Sonra da onun sinəsinə baxıb və deyib ki, sinəni aç. Qızım qorxub, otağından çıxıb. Olanları da ağlaya-ağlaya anasına danışıb. Məndən gizlədib ki, birdən gedib direktoru öldürərəm”.
Azyaşlının atası qeyd edib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları, prokurorluğa şikayət edib:
“Qızımdan da bununla bağlı izahatlar alınıb”.
Təhsil Nazirliyindən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı hazırda polis idarəsində və prokurorluqda araşdırma aparılır:
“Bir şəxsin cinayəti sübut olunmayıbsa, araşdırılma aparılırsa, onunla bağlı hər hansısa bir addım atmaq olmur. Qərara uyğun olaraq Təhsil Nazirliyi tərəfindən adekvat addım atılacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest