Üç gün ərzində yerli sakinlərin gözü qarşısında həyata keçirilən oğurluqdan heç kim xəbər tutmayıb

Hindistanın Amiyavar kəndində bir qrup şəxs üç gün ərzində 18 metrlik dəmir körpünü xüsusi texnikanın köməyi ilə sökərək oğurlayıblar.

Üstəlik, cinayətkarlar özlərini dövlət məmurları kimi təqdim etdikləri üçün yerli sakinlər onlardan şübhələnməyiblər.

Hazırda polis cinayətkarların axtarışını həyata keçirir.

Rəsmi məlumatlara görə, artıq dövlət mülkünü oğurlayanların şəxsiyyətləri də müəyyən edilib.

Mənbə: The Independent

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest