Turnirə yollanan 12 yaşlı iştirakçının meyiti AŞKARLANIb

Rusiyanın Soçi şəhərində turnirdə iştirak edən 12 yaşlı iştirakçını it ölümcül qapıb.

Faciəli hadisə ilə əlaqədar RF Şahmat Federasiyası uşaq çempionatına xitam verib.

Məlumata görə, Polina Kunikova turnirdə iştirak etmək üçün anası ilə Saratovdan Soçiyə yollanıb. Boş vaxtında o, anasından icazə alaraq gəzməyə çıxıb. Gəzinti zamanı o, küçüklər görüb və hasardan keçərək onlarla oynamaq istəyib. Bu zaman dişi ovçarkanın hücumuna məruz qalıb. İt onu ölümcül qapıb.

Bir saat sonra uşağın meyitini yoldan keçən bir nəfər aşkar edib.

Faktla bağlı yoxlama təşkil olunub, faciənin bütün şəraiti aydınlaşdırılır.

Əlavə edək ki, bu ilin fevralında Polina Saratov vilayətinin 15 yaşa qədər ən güclü şahmatçılarından biri kimi tanınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest