Türkiyəni Əfqanıstanda böyük təhlükə gözləyir-ƏTRAFLI

“Taliban” hərəkatı Türkiyəyə hərbçilərini Əfqanıstandan çıxarmaqla bağlı çağırış edib.

Taliban bəyanatında bildirib ki, “Doha” razılaşmasına baxmayaraq, Türkiyə hökuməti ABŞ-la razılaşaraq öz hərbi qüvvələrini Əfqanıstanda saxlayır və bu yalnış addımdır.

Taliban Türkiyənin bu addımının Əfqanıstanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib. Qeyd edilib ki, bu milli maraqlarımıza ziddir:

“Biz Türkiyə rəsmilərini hər iki ölkə üçün zərərli olan bu qərarı ləğv etməyə çağırırıq. Hər hansı xarici ölkənin qüvvələrinin istənilən bir bəhanə ilə vətənimizdə qalmasını işğal kimi qəbul edirik və onlara fətva əsasında cavab veriləcək. Bu fətva əsasında son 20 ildə cihad edilib”.

Taliban Türkiyə müsəlmanlarına bu qərara etiraz etməklə də bağlı çağırış edib.

“Türk məmurlar qərarlarını yenidən nəzərdən keçirməsələr, İslam Əmirliyi və əfqan milləti dini, vicdani və vətənpərvərlik borclarına uyğun olaraq, 20 illik işğala qarşı çıxdıqları kimi, onlara qarşı da mövqe tutacaqlar”.

Xatırladaq ki, bir sıra dövlətlər Əfqanıstandan öz qoşunlarını çıxardır. Xüsusilə də ABŞ. Bu sonu qaranlıq və qorxunc görünən bir senarinin başlanğıcıdır. ABŞ və Avropa Türkiyəni NATO təmsilçisi kimi Əfqanıstanda qalmağa, Kabildə möhkəmlənməyə həvəsləndirir. Bu isə heç də yaxşı əlamət deyil. Bununla ABŞ və Qərb Türkiyəni yeni müharibəyə cəlb eləmək istəyir. Bu senari Rusiya və İranın da maraqlarına uyğundur.

Heç kəsə sirr deyil ki, son vaxtlar Rusiya və İran talibançılarla açıq sövdələşmələrə gedir. Və bu sövdələşmələrin və ABŞ-ın, eləcə də Qərbin əsas məqsədi Türkiyəni sonu bilinməyən müharibəyə cəlb etməkdir. Ona görə də Türkiyənin bu dəfə talibançıların səsini eşitməsi vacibdir.

Surxay Atakişiyev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest