Türkiyədən qlobal təhlükə XƏBƏRDARLIĞI

“Terror zəhərli sarmaşıq kimi Avropanı bürüyüb”.

Bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun İsveçrənin Bazel şəhərində PKK terror təşkilatı tərəfdarlarının “23 Aprel Beynəlxalq Uşaq Festivalı”nı hədəf alan hücumu ilə bağlı sosial media hesabına paylaşım edib.

O, illərdir körpələri, uşaqları öldürərək və ya qaçıraraq ailələrindən qoparan PKK terror təşkilatının bu dəfə İsveçrədə keçirilən uşaq festivalına hücum etməsinin qanlı terror təşkilatının əsl simasıyla yanaşı İsveçrə üçün yaratdığı təhlükəni də ortaya qoyduğunu qeyd edib.

Fəxrəddin Altun PKK-nın İsveçrədə varlığını, terrorun zəhərli sarmaşıq kimi Avropanı bürüdüyünü və bu qlobal təhlükəyə qarşı çoxşaxəli mübarizənin zəruriliyini bir daha nümayiş etdirib:

“Terrorçulara, terrora qarşı ayrı-seçkilik etmədən qətiyyətli və effektiv mübarizə aparan Türkiyə digər ölkələrdən də eyni şəkildə qlobal terrora qarşı lazımi güclü mübarizə, real əməkdaşlıq, eləcə də səmimi həmrəylik görməyi gözləyir”, – deyə Fəxrəddin Altun bildirib.

Alçina Amilqızı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest