Türkiyədə hərbi bazaya hücum

Türkiyənin Siirt şəhərinin Pervari rayonunda PKK terror qruplaşmasının hərbi hissəyə uzun çaplı silahlarla atəş açması nəticəsində bir kənd qoruyucusu həlak olub, biri isə yaralanıb.

“TRTHaber”in məlumatına görə, bu barədə Siirt valiliyi məlumat yayıb.

Hadisə Pervari rayon Jandamr Komandanlığının nəzarəti altında olan və Doğan kəndində yerləşən Dəyirmandaş hərbi bazasında baş verib.

Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest