Türkiyədə əməliyyata girən Nərmin Kərimbəyli: “Qardaşıma qara ciyərimi verdim” 

“Qardaşıma donor oldum”.  

Bu sözləri müğənni Nərmin Kərimbəyli deyib.  

Hazırda Türkiyədə olan sənətçi, qardaşına qaraciyərinin bir həssisini verdiyini açıqlayib.

“Hazırda Türkiyənin məşhur xəstəxanasında əməliyyata girirəm. Qardaşım qaraciyər sirrozudur. Ona donor oldum. Uşaq vaxtında onu hepatit B virusunu yoluxdurublar. Qardaşım ömrü boyu bu xəstəlikdən əziyyət çəkib. Onun 42 yaşı var.  

Həkimlər deyirdilər ki, ona qaraciyər transplantasiya olunmalıdır. Analizlər verdim, cavab olaraq ona donor olacağım təsdiqləndi. Qaraciyərimin bir hissəsini qardaşıma köçürəcəklər. Hazırda hər ikimizin səhhəti normaldır”.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest