Türkiyə sərhədində səkkiz kilometrlik “tır” növbəsi yarandı

Türkiyənin Qafqaz və Orta Asiyaya açılan ən əhəmiyyətli qapılarından biri olan Sarp sərhəd keçid məntəqəsində yük maşınlarından ibarət səkkiz kilometr uzunluğunda növbə yaranıb.

İxrac yüklərini çatdırılacaqları ölkələrə daşımaq üçün Türkiyənin müxtəlif bölgələrindən yola düşən “tır”lar ərazidə sıxlıq yaradıb.

Bölgədəki parklanma yerləri dolu olduğu üçün yük maşını sürücüləri sərhəd qapısından başlayaraq Kamalpaşa, Hopa və Arhavi rayon marşrutu üzərində Qara dəniz sahil yolunun təhlükəsizlik zolağında dayanaraq növbələrini gözləyirlər. Onlardan bəziləri artıq beş gündür ki, buradadır.

Qeyd edək ki, sıxlığın yaranmasına İran-Türkmənistan Lütfü Abat Gömrük Qapısının uzun müddətdir bağlı olması səbəb olub. Belə ki, İran üzərindən Türkiyə Cümhuriyyətlərinə gedən avtomobillər Sarp sərhəd keçid məntəqəsinə doğru istiqamətlənib ki, bu da intensivliyi artırıb.

Mənbə: “Haber Global”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest