Türkiyə Qazaxıstanda Rusiyanın qarşısına niyə çıxmadı? – Ərdoğan hər şeyi əvvəlcədən bilirmiş… / ŞOK DETALLAR

Qazaxıstanda baş verən hadisələr Türkiyə mediasında geniş müzakirə edilir. Baş verənlərlə bağlı bəzi vacib məqamlara toxunulur. Əvvəla, Qazaxıstanda baş verən “iğtişaşlar” və KTMT sülhməramlı kontingentinin bu ölkəyə sürətlə yeridilməsi, rəsmi Ankaranı təəccübləndirdi. Amma bütövlükdə Ankara Mərkəzi Asiyada “fövqəladə vəziyyət” gözləyirdi.

Türkiyə hərbi kəşfiyyatının keçmiş rəhbəri İsmayıl Pekinin dediyi kimi, “Qazaxıstandakı hadisələrin Rusiya-NATO sammiti ərəfəsində baş verməsi səbəbsiz deyil və oyunçuların əsas məqsədi Ukraynadakına bənzər hadisələrə rəvac vermək idi”.

İsmayıl Pekinin fikrincə bunun üçün “İŞİD” (Rusiya Federasiyasında fəaliyyəti qadağan olunmuş terror təşkilatı) Qazaxıstana doğru çəkildi. İkincisi, Ankara türkmərkəzli inteqrasiyanı fəal şəkildə həyata keçirərək, Qazaxıstan istiqamətində Moskvanı açıq-aşkar üstələyirdi. Lakin onun regionda iddialı layihələrini həyata keçirmək üçün kifayət qədər resursu və zamanı yox idi. Lakin Türkiyənin “Cümhuriyyət” nəşrinin də yazdığı kimi, Ankarada müəyyən qüvvələr Qazaxıstanda Ukraynadakı hadisələrin təkrarlanacağını güman edirdilər. Və bundan sonra Türk Dövlətləri Təşkilatı (OTG) vasitəsilə iki “mərkəz” – Nur-Sultan və Almatı arasında sülh vasitəçisi kimi çıxış edəcəklərini düşünürdülər.

Bu müzakirələr çərçivəsində keçmiş baş nazir Əhməd Davudoğlu çıxış edərək bildirib ki, KTMT qoşunlarının ölkəyə daxil olmasının qarşısını almaq üçün Türk Dövlətləri Təşkilatı tərəfindən lazımi fəallıq nümayiş etdirmək lazımdır və Qazaxıstanın özü də KTMT-yə üz tutmamalı idi. Amma “Cumhuriyet”in də yazdığı kimi, ABŞ-Böyük Britaniya dueti Ukrayna cəbhəsini möhkəmləndirmək üçün bu regionda xaosu saxlamaq gücünə malik deyil.

Bundan əlavə, Türkiyə kəşfiyyatı Qazaxıstan müxalifətinin Ukraynadakı fəaliyyəti ilə bağlı də məlumatlara sahib olub. Belə ki, onlar burada qərargah qurublar, cənubdan siyasi islamçı qrupların ölkəyə daxil olmasına şərait yaradıblar və Qərb fondları ilə işləyən bəzi strukturları aktivləşdiriblər. Bütün bunlar isə Qazaxıstanda “narıncı” inqilab həyata keçirmək üçün edilib. Məhz buna görə də, Ankara ehtiyatlı davranaraq, daha dəqiq desək gözləmə mövqeyi tutaraq bitərəflik nümayiş etdirib. Onlar anlayırlar ki, Qazaxıstanda çox vacib şeylər baş verir və düşünülməmiş mövqe sərgiləməklə rəsmi Ankara Mərkəzi Asiya ansamblından tamamilə çıxa bilər.

Nəticə belədir: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan regional geosiyasi mənzərəni Qərbdən daha geniş görür və düz addımlar atır. Həm də görünür, Qərbin Mərkəzi Asiya istiqamətində təklif etdiyi pərdəarxası diplomatiyadan imtina edir. Üstəlik ekspertlərin fikrincə, müxtəlif geosiyasi mərkəzlərdən gələn siqnallar hələ də real maraqlı tərəfləri müəyyən etməyib. Eyni zamanda, KTMT mexanizminin işə salınmasının operativ xarakter daşıması onu göstərir ki, Qazaxıstandakı vəziyyət motivlərindən asılı olmayaraq, bütün Avrasiya məkanını təhdid edir. Ona görə də, Moskvanın son həftələr və ya aylar ərzində Qazaxıstanda planlaşdırılan hər şeydən xəbərdar olması istisna edilmir.

Türkiyənin Qarabağ münaqişəsinin həllində iştirakından sonra Ankarada çoxları türkmərkəzli inteqrasiyanın real olacağını düşünürdü. Üstəlik Qazaxıstanın buna uyğun mövqe tutmasını nəzərə alaraq Mərkəzi Asiyada yeni tendensiyanın yarandığını demək olardı. Lakin KTMT qoşunlarının yerləşdirilməsi ilə bağlı operativ qərardan sonra vəziyyət dəyişdi. Yeri gəlmişkən Türkiyənin müdafiə naziri Hulusi Akarın gözlənilmədən “Qazaxıstandan hər hansı bir xahiş olarsa, Ankara ona hər cür yardım və dəstəyi göstərməyə hazırdır” açıqlaması sanki yola düşən qatarın son vaqonuna atılmaq cəhdi kimi dəyərləndirilir. Axı Ərdoğan Qazaxıstana indiyə qədər yalnız texniki bilik və təcrübəsini bölüşməyi təklif edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest