Türkiyə futbolçuları azarkeşlərimizə səsləndi – “Dəstək sizdən, zəfər bizdən” – VİDEO

Türkiyə millisinin futbolçuları Altay Bayındır və Okay Yokuşlu azərbaycanlı azarkeşlərdən dəstək istəyib.

Onlar Avropa Çempionatı-2020-nin  qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək  oyunda  azərbaycanlı azarkeşlərdən dəstək gözlədiklərini deyiblər.
 
“Sahədə mücadilə bizdən, kənarda dəstək sizdən. Özümüzü evimizdəki kimi hiss etmək istəyirik. Dəstək sizdən, zəfər bizdən!”,-deyə futbolçular çağırış ediblər.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda iyunun 16-da Türkiyə – Uels, iyunun 20-də Türkiyə – İsveçrə qarşılaşmaları olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest