Türk dronları rus texnikasını darmadağın etdi – Rusiyadan reaksiya gəldi / VİDEO

Ukraynanın Türkiyədən aldığı “Bayraktar TB2” PUA-ları ilə işğal altındakı Donbasdakı separatçı qüvvələrin texnikalarını vurması Rusiyada gündəm olub.

Rusiyalı deputat Andrey Medvedev əvvəllər PUA-lara ciddi yanaşmadıqlarını etiraf edib.

“Məni bu dronların pulemyotlarla vurula biləcəyinə və “AliExpress”dən (Çin şirkəti) alınmış ucuz materiallardan hazırlandığına inanırdıq. İndi bizi buna inandıran ekspertlərin fikri maraqlıdır”, – deputat bildirib.

Dünən axşam saatlarında Ukrayna ordusuna məxsus “Bayraktar TB2” PUA-ları Donbasın Qranitnoye kəndində separatçı qüvvələrin artilleriya batareyasını hədəfə alıb. “Bayraktar”dan atılan raket batareyanı məhv edib. Separatçılar bundan sonra mövqelərini tərk edərək qaçıblar. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest