Trampdan Baydenə MƏSLƏHƏT: “Putinlə görüşdə yatma!”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp indiki prezident Cozef Baydenə rusiyalı həmkarı Vladimir Putinlə görüş ərəfəsində “bəzi məsləhətlər” verib.

Rusiya hazırda ABŞ-a hörmət eləmir.

“Prezident qismində mənim Finlandiyanın paytaxtı Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə əla və çox məhsuldar görüşüm oldu. Görüş haqda saxta xəbərlərdə əvvəlcədən yazılanlara baxmayaraq ABŞ bu görüşdən çox şey uddu, o cümlədən prezident Putinin və Rusiyanın hörmətini qazandı”,-prezidentliyi dövründə “Putinin agenti” adını doğrultmaq üçün əlindən gələn hər şeyi etmiş Tramp bildirib.Ağ evin keçmiş rəhbəri Baydenə prezident Putinlə görüşdə uğur arzulayıb. Və ona görüşdə yatmamağı məsləhət görüb. “Görüş vaxtı yatma və ona mənim ən isti arzularımı çatdır”,-Tramp qeyd edib.

ABŞ-Rusiya sammiti iyunun 16-da Cenevrdədə olacaq və bu görüş ərəfəsində Bayden Putinə “Amerikanın qayıtdığı” barədə qəti mesajlar verəcəyini deyir. O cümlədən Rusiyanın aqressiv hərəkətlərinin cavabsız qalmayacağını, ABŞ-ın demokratiyanın müdafiəsinə yönəlmiş siyasətinə davam edəcəyini onun nəzərinə çatdıracağını bildirir.

“Görüşdə yatmamaq” barədə Trampın eyhamına gəldikdə isə, keçmiş prezident hələ əvvəldən Baydenə “yuxulu Co” ləqəbi qoyub. O, rəqibinin tez-tez ayaq üstə mürgülədiyini deyirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest