“Toyota” Yaponiyadakı fabriklərinin işini dayandırır

Avtomobil istehsalçısı “Toyota” Yaponiyadakı 10 fabrikinin işini bir neçə gün müddətinə dayandıracaq.

Səbəb isə COVID-19-un başlanmasından sonra Çinin Şanxay şəhərindəki lokdaunla əlaqədar komponentlərin tədarükündə yaranan fasilələrdir.

Yapon avtomobil istehsalçısı açıqlamasında bildirib ki, may və iyun aylarında bəzi fabriklərin işini dayandırmaq qərarına gəliblər.

Xüsusilə Yaponiyada 10 zavodda 16 xətt mayın 25-dən 27-dək dayandırılacaq. Bundan əlavə, iyunun 1-dən 3-dək üç zavodda dörd xətt də dayandırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest