Tovuzda avtomobil ağaca çırpıldı – Ölən və yaralanan var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Hərəkətdə olan minik maşını idarə etməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.  Xəsarət alanlardan 1990-cı il təvəllüdlü Şirinov Xəlil Bədrəddin oğlu xəstəxanada dünyasını dəyişib.1998-ci il təvəllüdlü Məmmədov Uğur Ədalət oğlunun isə vəziyyətinin ağır olduğu deyilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

aktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest