Tom Kruzun Keyt Middltonla görüntüləri böyük müzakirələrə səbəb oldu – FOTO

Keyt Middlton və Şahzadə Uilyam “Top Gun: Maverick” filminin London premyerasında iştirak edib. Filmin baş rol ifaçısı Tom Kruzun Kembric hersoginyasına pilləkənləri qalxmağa kömək etməsi onları hər kəsin diqqət mərkəzinə çevirib.

Hollivud ulduzunun boyunun Keyt Midltona çatması da sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Belə ki, 1,69 metr boyunda olan Tom Kruzun 1,75 metr boyunda olan hersoqiyaya çatması hşər kəsi təəccübləndirib. İstifadəçilər “o ayaqqabılarda nə var Tom”, deyə şərhlər yazır və bununla bağlı müxtəlif ideyalar irəli sürüblər.

Tom Kruzun baş rolda oynadığı “Top Gun: Maverick” 1986-cı ildə çəkilmiş “Top Gun” filminin davamıdır və pilot Pit Mitçelin mərhum dostu Bradley Bradşounun oğlunun da olduğu uçuş məktəbi məzunlarının mentorluğunu üzərinə götürməsindən bəhs edir.

Mənbə: Daily Mail

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest