“Tokio-2020”-də ilk medal şansımız

İrina Kindzerskaya 1/4 finalda Mi-cin Hanla (Koreya) qarşılaşıb.

O, ipponla qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Azərbaycanın cüdo millisinin son üzvü İrina Kindzerskaya Tokio Olimpiadasında bu gün mübarizəyə qoşulub.

78 kq-dan yuxarı çəki kateqoriyasında baş tutan görüşdə İrinanın 1/8 finaldakı rəqibi Larisa Seriç (Bosniya və Herseqovina) olub.

İdmançımız rəqibinə ipponla qalib gəlib və 1/4 finala vəsiqə qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest