“Tokio-2020” bu göstəriciyə görə rekorda imza atdı

“Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların 48,8 faizini qadınlar təşkil edir. 

Bu, yay Olimpiya Oyunları tarixində rekord göstəricidir. 

Əvvəllər rekord 2016-cı ildə Rio-de-Janeyroda təşkil olunan Olimpiadaya məxsus idi. Belə ki, dördilliyin zirvə yarışında idmançıların 45 faizini qadınlar təşkil etmişdi. “London-2012″də isə bu göstərici 44,2 faizə bərabər idi. 

Qeyd edək ki, Tokio-2020″ Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 23-də keçiriləcək. Yarışda ölkəmizi 44 idmançı təmsil edəcək. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest