Timsahı həbsə atmaq istəyən kişi özü həbsə düşdü

ABŞ-ın Florida ştatında, Deyton-Biç şəhərində, timsahı döyüb binanın damına atmağa cəhd edən kişi yaxalanıb.

Bu barədə NBC News xəbər verir. Polis əməkdaşları iyulun 15-i səhər görüblər ki, 32 yaşlı Vilyam Xoc canlı timsahı kokteyl-barın damının üstünə atmaq istəyir. Həmçinin kişi timsahı quyruğundan tutub onu binanın çardağına vurur, sonra isə onu yerə çırpır.

Xoc polis əməkdaşlarına danışıb ki, timsahı yaxındakı mini-qolf üçün meydançanın volyerindən oğurlayıb. Öz aqressiv hərəkətlərinə bəraət qazandırmaq üçün Vilyam deyib ki, sadəcə “timsaha dərs vermək istəyib”. Vilyam Xoca oğurluqda və heyvanlarla qəddar rəftar etməkdə ittiham irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest