“The NYT”: “Rusiyanın növbəti raket hücumundan sonra Kiyev cavab zərbəsi endirəcəkmi?”

İyunun 2-də Böyük Britaniyanın Müdafiə Nazirliyi Amerikanın yaylım atəşli reaktiv sistemlərinin Ukraynaya təhvil verildiyini rəsmən elan edib.

Bu raket sistemlərinin Ukraynaya tədarükü gizli risklər daşıyır ki, bunlardan biri də Ukrayna qoşunları tərəfindən Rusiya ərazilərinin kütləvi şəkildə atəşə tutulması ola bilər.

Bu barədə “The New York Times”ın materialında deyilir.

“Birləşmiş Ştatlar Rusiya ərazisinə heç bir zərbənin olmayacağını söylədi (və bunu dünən Zelenski də təkrarladı). Amma Ukraynada Moskvanın özününkü hesab etdiyi (Krım) və ya qanuni olaraq tanıdığı (Donbas) ərazilər var. Ukrayna yeni silahlarla bu ərazilərə kökündən   zərbələr endirməyə başlasa, nə olacaq – aydın deyil. Nəzəri olaraq bu, eskalasiyaya səbəb ola bilər”, – deyə məqalədə qeyd edilir.

Həmçinin vurğulanır ki, ABŞ uzaqmənzilli raketlərin tədarük olunmayacağına dair vədinə əməl etsə, o zaman hazırkı sistemlər Krıma qədər çatmayacaq (onların uçuş məsafəsi 70-80 km-dir).

Nəşrin yazdığına görə, “həqiqət anı” Rusiyanın Ukrayna ərazisinə növbəti kütləvi raket hücumu olacaq ki, bundan sonra Kiyevin müqavimət göstərib Rusiya Federasiyası ərazisinə qarşı cavab zərbəsi endirib-endirməyəcəyi məlum olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest