Terrorçular 15 müəllimi qaçırdı

“Suriya Demokratik Qüvvələri”nin terrorçuları Suriyanın Haseke əyalətindəki məktəbdən 15 müəllimi qaçırıblar.

Bu barədə SANA agentliyi məlumat yayıb.

Məlumata görə, döyüşçülər Qamışlı şəhərinin bir neçə yaşayış massivinə basqın edərək 15 məktəb müəllimini şəhərdə tətbiq olunan komendant saatı pozduqları bəhanəsi ilə naməlum istiqamətə aparıblar. Qeyd edilir ki, bundan əvvəl şəhər əyalətdə ümumtəhsil məktəblərinin bağlanmasına etiraz olaraq aksiya keçirilmişdi./axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest