“Telegram”da yeni funksiya tətbiq etdi

“macOS” üçün “Telegram”ın beta versiyası istifadəçilərə profillərinin dizaynını zənginləşdirməyə imkan verən avatar istehsalçısını təqdim edib.

Konstruktor sayəsində avatarın üzərinə birbaşa tətbiqdə yaradılan şəkilləri qoymaq mümkündür.

Yeni funksiya ilə emojini profil şəkli kimi təyin etmək, şəkil fonu seçmək və ya istifadəçi hesablarında avatar olmadan görünən standart üslubda mətn əlavə etmək olar.

Bundan əlavə, profil şəklinin əvəzinə indi istifadəçinin malik olduğu istənilən kolleksiyadan stiker qoymaq mümkündür.

“Image maker”in beta mərhələsindən nə vaxt çıxacağı barədə heç bir məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest