Telefonda rahat danışa biləcəksiniz – SƏSİNİZİ YAZA BİLMƏYƏCƏKLƏR!

Zəng yazan proqramlar Play Store-dan silinəcək.
“Google” mayın 11-dən etibarən Android əməliyyat sistemində zəng yazan proqramları bağlayır.
Qeyd edək ki, zəng qeydi proqramları daha sonra danışıqları dinləmək üçün smartfonlarda səsi yazmağa imkan verirdi. Burada işlə bağlı zənglərdən tutmuş yaxınlarınızla edilən zənglərə qədər səslər yazılırdı. Lakin bütün Android telefonları zəng qeydi özəlliyini dəstəkləmir.
Mayın 11-dən etibarən isə zəngləri qeyd edə bilən bu proqramlar “Google” tərəfindən silinəcək. “Google” bu proqramların silinməsinə səbəb kimi dəyişən siyasətlərini göstərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest