Telefona bu formada baxmaq onurğa əyriliyinə səbəb olur – FOTO

Hər gün başı əyərək telefona baxmaq onurğa və beldə bir sıra fəsadlar yaradır.

Bu barədə rusiyalı tanınmıç həkim Nataliya Polovodova bildirib.

Onun sözlərinə görə, uşaq və böyüklərdə smartfonun düz tutulmaması onurğa əyriliyinə səbəb olur.

“Problem boyun şöbəsində başlayır, daim boynunu aşağı əyib telefona baxmaq boyun və onurğaya narahat vəziyyət yaradır. Mexaniki yüklənmə baş verir, əzələlər gərginləşir, başda, boyunda, beldə ağrılar başlayır. Telefona eyni vəziyyətdə 15-20 dəqiqədən çox baxmaq olmaz.

Telefona çox baxmaq səbəbindən gözlər də zəifləyir, uzaqdan görmə pozulur. Gecələr qaramlıqda telefona baxmaq çox zərərlidir”, -deyə həkim vurğulayıb.

Bizim.Media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest