“Tavuş vilayətində bu ərazilər Azərbaycana təhvil verilir” – Hraparak

“Ermənistan hakimiyyəti Tavuş bölgəsində alternativ yolun tikintisi üçün araşdırmalara başlayıb. Bəzi məlumatlara görə, artıq iş gedir”.

Bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb:

“Söhbət Tavuş vilayətinin sərhədyanı Voskepar ərazisindəki yeni yolun tikintisindən gedir. Bu isə o deməkdir ki, Gorus-Qafan avtomobil yolu düşmənə (Azərbaycan-red) veriləndən sonra, növbə Tavuşun sərhəd rayonlarına gələcək. Zəngəzur əhvalatı təkrarlanmasın (Azərbaycan öz nəzarətində olan ərazidə post quraşdırdı və yolun özünə aid olan 21 kilometrlik hissəsindən erməni maşınlarının keçməsini qadağan etdi, bundan sora ermənilərin bir kənddən-digərinə getməsi çətinləşdi. Həmin vaxt Ermənistan hakimiyyəti alternativ yolun tikintisini bitirə bilməmişdi) deyə bu dəfə Ermənistan hökuməti Tavuşda vaxtından əvvəl işə başlamağa qərar verib” – qəzet yazıb.

Nəşr bildirir ki, Zəngəzurda çətin də olsa, təmirə az ehtiyac duyan alternativ yollar vardısa, Tavuşun “mübahisəli” ərazilərində yol sıfırdan, dağların arasından çəkilməlidir. Bu da çox çətin və küllü miqdarda vəsait tələb edən bir işdir” – məqalədə deyilir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest