Tanınmış vəkili keçmiş nişanlısı öldürdü – Mesajları yayıldı – FOTO

Tuzlada restoranlardan birində nahar edən vəkil Dilarə Yıldız keçmiş nişanlısı tərəfindən güllələnərək öldürülüb.

Qətldə şübhəli bilinən Oktay Dönmez Dilarə Yıldıza göndərdiyi mesajlarda onu öldürməyi planlaşdırdığını yazıb. “Vaxtın az qalıb” deyərək qızı təhdid etdiyi görülüb.
Ardınca da, Yıldıza dəfələrlə atəş açıb. Şübhəli polis bölməsinə gedərək təslim olub.
Bəlli olub ki, Yıldız qatilin mesajlarını sosial media hesabından paylaşıbmış.
“Üzr istəyib buradan sənə cavab vermək istəyirəm. Başqa nömrədən yazanda səni tapa bilməyəcəyini düşünürsən. Amma yanılırsan” deyə vəkil qız yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest