Tanınmış jurnalist Qadir İbrahimli bu gün vəfat edib.
Bu barədə jurnalistin həyat yoldaşı məlumat verib. Q.İbrahimlinin nəşi dəfn edilmək üçün doğulduğu Lənkəran şəhərinə aparılacaq.
Xatırladaq ki, jurnalist səhhətində yaranan problemlərlə əlaqədar bir neçə gün əvvəl Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun qaraciyər sirrozundan əziyyət çəkdiyi bildirilirdi.
Allah rəhmət eləsin.