Tanınmış aparıcıya vəzifə verildi

Tanınmış aparıcıya vəzifə verilib.

Yeni təyinatla bağlı məlumatı TED.az-a açıqlamasında Vüsalə xanım təsdiqləyib.

Bir neçə il əvvəl, robot Sofiyanın Azərbaycana gətirildiyi zaman ona oxşarlığı ilə gündəm olan və eyni səhnəni paylaşan məşhur aparıcı Vüsalə Səid Eyyubqızı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri təyin edilib.

Qeyd edək ki, Vüsalə Səid Eyyubqızı 19 ildir televiziya fəaliyyəti ilə məşğuldur. O, uzun müddət AzTV və Lider televiziyalarında ana xəbər spikeri olub, 4 ildir İctimai TV-də #itvtech verilişinin aparıcısıdır.

Vüsalə xanım nazirlikdə vəzifəsini həyata keçirməklə yanaşı, İctimai TV ilə də əməkdaşlığını davam etdirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest