“Taliban”dan qadın aparıcılara yeni QADAĞA

Əfqanıstanda hakmiyyətdə olan “Taliban” rejimi qadınlarla bağlı yeni qadağa qoyub.

Qadağaya əsasən, bundan sonra qadın televiziya aparıcıları üzlərini örtmədən ekranda görünə bilməzlər.

Qadınlar buna etiraz etmək istəsələr də, məcburiyyət qarşısında üzlərini örtüblər.

Lakin qadın aparıcılar üzü bağlı şəkildə 2-3 saat veriliş aparmağın çox çətin olduğunu qeyd ediblər.

Görünən odur ki, “Taliban” rejimi qadınlara yönələn bu qadağalarla kifayətlənməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest