Talibandan əfqan qadınlarına SƏRT QADAĞA – Əməl etməyənlərin əri və ya atası HƏBS OLUNACAQ

Taliban əfqan qadınlarına küçəyə çarşabsız (niqabsız) çıxmağı qadağan edib. Qadınların ancaq gözləri görünməlidir.

Bu barədə Taliban hökumətinin mayın 7-də fərman verib. Qadağanın pozulması qadının ərinin və ya atasının işdən çıxarılması və həbsi ilə nəticələnə bilər.

Taliban hökumətinin mayın 7-də verdiyi fərmanda burka geyməyin “ənənə və hörmət nümayişi” olduğu bildirilir. Bu qaydanı pozduğuna görə qadın və ya onun yaxın qohumu cərimədən həbsə və dövlət vəzifəsindən azad edilməyə qədər cəza gözləyir.

Əfqanıstanda hakimiyyətə gəldikdən sonra “Taliban” qadınların hüquqlarını məhdudlaşdırmayacağına söz verib. Amma bunun əksi baş verdi: onlara başqa kişinin müşayiəti olmadan çölə çıxmaq qadağan edildi, məktəb və universitetlərdə kişilərlə təhsil almağa icazə verilmədi.

Xuraman Etibarlı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest