Tacikistanda Daxili İşlər Nazirliyinə silahlı basqın – Ölən və yaralılar var

Tacikistanda Dağlıq Bədəxşan Muxtar Vilayətində Daxili İşlər Nazirliyinə silahlı basqın baş verib.

TASS xəbər verir ki, hadisə zamanı üç nəfər yaralanıb, bir nəfər həlak olub.

Nazirliyin mətbuat mərkəzindən verilən məlumata görə, həmin şəxslər Xoroq şəhərində qanunsuz aksiya keçiriblər, Daxili İşlər Nazirliyinin əməkdaşlarına silahlı basqın ediblər və nazirliyin binasına əl qumbarası atıblar.

Nəticədə Daxili İşlər Nazirliyinin idarə rəisinin birinci müavini və daha iki polis əməkdaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib, hücum edənlərdən biri xəsarət alıb və xəstəxanada ölüb.

“Silahlı hücumda iştirak etmiş mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir, hadisənin təşkilatçılarına qarşı rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb”, – deyə idarədən bildirilib.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest