Təyyarə ilə avtomobil toqquşdu 

ABŞ-ın Florida ştatında kiçik mühərrikli təyyarənin avtomobil yolu körpüsünə təcili enişə cəhd etməsi nəticəsində azı 6 nəfər xəsarət alıb.

Bu barədə CNN yerli xilasedicilər və aviasiya orqanına istinadən xəbər verir.

Qeyd edilir ki, “Cessna” nasaz mühərriklə yerə enərkən avtomobillə toqquşub və alovlanıb.

Teleşirkət Mayami-Deyd dairəsinin Yanğın və Xilasetmə Departamentinə istinad edərək, altı nəfərin xəsarət aldığını bildirib. Onlardan beşi həyati təhlükəsi olmayan xəsarətlərlə xəstəxanaya yerləşdirilib, altıncı yaralının vəziyyəti barədə məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest