Tərəfdarlarına nəcis yedirirmiş

Tailandda yaşanan olay ağıla, məntiqə sığmır.

Tailandın Chaiyaphum əyalətində 74 yaşlı Tawee Nanlan adlı şəxsin meşədəki evinə polis basqın edib. Səbəb, özünü “təriqət lideri” elan etmiş bu şəxs haqqında polisə daxil olan məlumatdır. Məlumatı yerli polisə 53 yaşlı Khun Jenjira verib. Şəxsin məlumatında “təriqət lideri”nin ona inanaraq evinə gələnləri dustaq etməsi, onlara özünün idrarını içirib və nəcisini yedirməsi bildirilib. T.Nanlan polisin müşayiəti ilə yarıçılpaq halda evindən çıxarılarkən oradakı tərəfdarları çığır-bağır salaraq polisə hücum edib. Rəsmi qurumlar bu fikirdədir ki, “təriqət lideri”nin mərkəzdən uzaq bir yerdə, meşəlikdəki evdə yaşaması səbəbiylə bu qrup bir neçə ildir gizli fəaliyyət göstərir. Tailandın əhalisi əsasən buddistdir. Lakin dinə qarşı olmasına baxmayaraq, ruhlara ibadət edən və xəyali varlıqlara inananlar da var. Bəs Khun Jenjira təriqət liderini necə ifşa edə bilib? K.Jenjira polisə verdiyi məlumatda “anam da ora getdiyini demişdi. Onu ziyarətə getdim. 80 yaşlı anamı “liderin” bəlğəmini üzünə sürtərkən və onun şərfini çeynəyərkən müşahidə etməm dəhşət idi. Orda qadınlar dizədək sarong geyinmişdi, kişilər isə rəsmi geyimdə – şalvarda idilər. Evin yerləşdiyi ərazi düşərgədir. Ora daxil olduqda hamı bir nəfər kimi ayaqqabılarını çıxarır. Onun bütün dinlərin “atası” olduğuna inananlar var. Və bu şəxs onlara idrarını içirir, nəcisini yedirir. Bununla hətta “Covid-19”-a qalib gələcəklərinə inanırlar. Evin ətrafındakı ərazidə 11 tabut basdırılıb. Bunlar təriqət üzvlərinin tabutlarıdır. Anam da “əgər ölsəm, məni orada basdır”, demişdi. Polis ərazidə axtarış aparıb və deyildiyi kimi, tabutlarla qarşılaşıb. Polisin heyrətinə səbəb olan həm də cəsədlərdən limfa mayesi xaricə axsın deyə, tabutların deşilməsidir. Polis tabutları müsadirə edib, cəsədlər üzərində isə tibbi ekspertiza aparılacaq və ölüm səbəbləri müəyyənləşəcək. “Təriqət lideri” isə kimsəni burda zorla saxlamadığını, insanların onun yanına könüllü gəldiyini deyib. Əyalət valisi Kraisorn Kongchalad rəsmilərin düşərgədə baş verənlər haqqında aldıqları izahatlardan şoka düşdüklərini deyib: “Tədqiqat aparılacaq. Oradakı insanların ölüm səbəbi müəyyənləşəcək. Belə bir batil dinə tapınanların olduğunu indiyədək bilməmişik. “Təriqət lideri” istintaqa cəlb ediləcək, haqqında hər hansı cinayət əməli təsdiqlənərsə, məhkəmə qarşısına çıxarılacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest