Təmir sexində mikroavtobus yandı

Bakı şəhərinin Sabunçu rayonunda yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, ümumi sahəsi 500 m² olan bir dam altında tikilən 7 boksdan ibarət avtomobil təmiri sexinin bir boksunun yanar konstruksiyaları 18 m² sahədə və içərisində təmirə dayanan “Mercedes” markalı mikroavtobusun yanar hissələri yanıb. 

Bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest