Təhdid edilən iş adamı Gömrük Komitəsinin açıqlamasını alt-üst etdi — Prezidentə növbəti müraciət

“LİON CENTRE”MMC-nin direktoru, Çindən satış üçün Azərbaycana mallar idxal edən iş adamı Ramil Aslanovun Prezidentə, Birinci-vitse prezidentə və digər dövlət qurumlarının rəhbərlərinə müraciəti dərc olunmuşdu.

Müraciətdə Dövlət Gömrük Komitəsinin müxrəlif vəzifəli şəxslərinin özbaşınalıqları və Hava Nəqliyyat Baş Gömrük İdarəsi Gömrük Rəsmiləşdirilməsi idarəsinin rəisi Pərviz Kənkərlinin qanunsuz əməlləri barədə fikirlər yer alırdı.

Bu xüsusda dərc edilən “Gömrük Komitəsində daha bir yüksək vəzifəli məmurun qanunsuz əməlləri – İş adamının şikayət” sərlövhəli məqaləyə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən reaksiya da verildi. Ancaq iş adamı R.Aslanov Komitənin reaksiyasını qeyri-obyektiv və özünə, qanunlara qarşı qərəzli hal kimi qəbul edərək Demokrat.az-ın redaksiyasına növbəti şikayət məktubunu ünlanlayıb.

R.Aslanovun şikayət məktubunu olduğu kimi təqdim edirik:

Azərbaycan  Respublikasının  Prezidenti
cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Birinci-vitse prezidenti,
Azərbaycan Respublikasının Birinci Xanımı, Heydər
Əliyev Fondunun Prezidenti,YUNESKO-nun və İSESKO
-nun Xoş Məramlı Səfiri Xanım Mehriban Əliyevaya

Surəti:   Azərbaycan Respublikasının Baş Naziri cənab Əli   Əsədova

Surəti:   Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Xanım Sahibə Əli qızı Qafarovaya

Surəti:    Azərbaycan Respublikasının Prezident Administrasiyasının
Rəhbəri (Korrupsiyaya ilə  Mübarizə komisiyasının sədri)
cənab Samir Rafiq Oğlu Nuriyevə

Surəti:     Prezident Adminstrasiyanın İqtisadi Məsələlər və İnnovativ
İnkişaf Siyasəti şöbəsinin müdiri cənab Şahmar Mövsümova

Surəti:     Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin
Sədri cənab Səfər Mehdiyevə

Surəti:     Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva

Surəti:     Dövlət Gömrük Komitəsinin Apellyasiya şurasının  rəhbərliyinə

Surəti:     Bakı Baş Gömrük İdarəsinin Rəisi cənab Kənan Məmmədova

“Natiq Axundov İlahiyyət fakültəsinin məzunu kimi  çox gözəl bilməlidir ki, yalan danışmaq olmaz”

“Hörmətli Cənab Prezident!

20.12.2021-ci il tarixdə Dövlət Gömrük Komitəsinin rəsmisi tərəfindən mənim Şirkətimlə bağlı komitəyə qarşı qaldırdığım iddialarla əlaqədar kütləvi informasiya vasitələri tərəfindən verilmiş sorgu ilə  bağlı cavabla tanış oldum. Sevindirici haldır ki, nəhayət  gömrük işçiləri tərəfindən respublikamıza idxal edilən mallarla bağlı dəqiq bilgilərin əldə edilməsinə nail olunub. Nə yaxşı ki, onlar mənim şirkətimə  Çin Xalq respublikasından yalnışlıqla  idxal edilən Bitmain animather S17 pro modelinin əvəzinə Bitmain animather S17+  göndərdiklərini aşkar ediblər. Qeyd etməliyəm ki,  Bitmain animather S17+ modeli  özundən əvvəlki Bitmain animather S17 Pro və Bitmain animather S17e modellərindən sonra buraxılmasına baxmayaraq iş əmsalı, texniki göstəriciləri özündən əvvəlki modellərdən qat-qat zəifdir. Yəni mən o qədər “əfələm” ki, mənim işimə sərf etməyən keyfiyyətcə qat-qat zəif olan hər hansı bir modeli sifariş verib, o boyda yolu əziyyətlə gətirib çıxardım şirkətimə. Təbii ki,  yox.   Qeyd etməliyəm ki, həqiqətən də Çin Xalq Respublikasından Bitmain animather 17+ modeli  şirkətimə yalnışlıqla göndərilmişdir. Belə ki, mənim sifarşim Bitmain animather S17 Pro ilə əlaqədardır. Bunu yoxlamaq o qədər də çətin deyil. Mallarla bağlı müvafiq sənədlər DGK-nin qurumlarında mövcuddur. Əgər mənim şirkətimə yalnış mal göndərilibsə mən nə etməliyəm?  Özümü öldürməli deyiləm ki? Qanunvericiliyə uyğun olaraq bunun həll edilməsi yolları vardır. Görəsən nə səbəbdən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük rəsmiləşdirilməsi idarəsinin rəisi Pərviz Kəngərkli həmin yollara əl atmır məni təhqiqatla, istintaqla, kontrabanda ilə təhdid edir. Görəsən Natiq müəllim bilmir ki, bu günədək mənim şirkətimə idxal edilən mallar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində heç bir problem olmamadan qanunauyğun şəkildə Gömrük rəsmiləşdirilməsindən keşmişdir. Bu ona sübut deyilmi ki, Pərviz Kəngərli Bakı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Cənab  Bəhruz  Quliyevin  məzuniyyətdə olmasından sui-istifadə edərək vəzifə səlahiyyətlərini aşaraq özünün söylədiyi kimi məndən Bakı Gömrük İdarəsinin rəisi onun birbaşa himayədarı Kənan Məmmədovun yerinə qisas alaraq mənim şirkətimin fəaliyyətinə süni maneələr yaradır?  Görəsən Natiq müəllimin sözlərindən çıxış edərək kim kimə təzyiq göstərir?  Mən sadə bir iş adamı və ya qarşımda Gömrük Komitəsinin  (hansı ki, əksəriyyətinin əli korrupsiyaya bulaşmış) gömrük məmurları?

Mənim  DGK-nə qarşı iddialarımla bağlı KİV-in sorğusuna  cavab verən Dövlət Gömrük Komitəsinin rəsmisi DGK-nin mətbuat  və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi cənab Natiq Axundov çox təəssüflər olsun ki, bu dəfə də mənim ümüdlərimi doğrultmadı. Əldə etdiyim məlumata görə  DGK-nin İdarə rəisi Natiq Axundovun ilk  ali təhsili  İlahiyyət  elmi ilə bağlıdır. Elə bu səbədən də hesab edirəm ki, o, hər bir məlumatı mətbuata verərkən daha diqqətli olmalıdır.Yəni qanunvericiliyin tələblərini qoyuram bir yana. Belə ki, mətbuata Dövlət qurumunun rəsmisi tərəfindən  verilmiş informasiya faktlara, sübut və dəlillərə  söykənməlidir. Mənim şirkətimin fəaliyyəti ilə bağlı qeyri dəqiq məlumatların mətbuata ötürülməsi etikadan kənar olmaqla yanaşı mənim işgüzar nüfuzuma da xələl gətirir. Natiq müəllim İlahiyyət fakültəsinin məzunu kimi  çox gözəl bilməlidir ki, yalan danışmaq olmaz. Axı yalan danışmaq Allaha da xoş getməz.

“Pərviz Kəngərli Bakı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Cənab  Bəhruz  Quliyevin  məzuniyyətdə olmasından sui-istifadə edir, vəzifə səlahiyyətlərini aşır, özünün söylədiyi kimi məndən Bakı Gömrük İdarəsinin rəisi, onun birbaşa himayədarı Kənan Məmmədovun yerin qisas alaraq mənim şirkətimin fəaliyyətinə süni maneələr yaradır”

Natiq müəllim mənim Dövlət Gömrük komitəsinin vəzifəli şəxsləri tərəfindəm qanun pozuntularına yol verdikləri barədə iddialarıma cavab olaraq bildirir ki, mən cəmiyyətdə yalnış rəy formalaşdırır və  gömrük orqanlarına təzyiq göstərirəm. Gəlin baxaq görək kim kimə təzyiq göstərir?  Əlində heç bir səlahiyyəti olmayan Dövlətinə , onun Qanunlarına, Prezidentinə  güvənən bir iş adamı və  ölkə qanunvericiliyinin tələblərini pozan, səlahiyyət həddini aşan, başdan ayağa korrupsiyaya qurşanmış, cəzalandırılmayacağına da arxayın olan “məmurlar”?
Natiq müəllim nə qədər həmin məmurları müdafiə etsə belə fakt faktılığında qalır. Necə olur ki, mənim şirkətimə idxal edilən mallarla bağlı mütəmadi olaraq  Dövlət Gömrük Komitəsində gömrük rəsmiləşdirilməsi zamanı problemlər yaranır?  Necə olur ki, Dövlət Gömrük Komitəsi tərəfindən xaricdə şirkətimə idxal edilən eyni adda olan  mallar qanunvericiliklə müəyyən edilmiş müvafiq qiymətlərlə bir dəfə buraxılır o biri dəfə buraxılmır. Yenidən buraxılır, daha sonra buraxılmır?

Natiq müəllim, Sizcə bunlar Dövlət Gömrük Komitəsində gedən oyunların göstəriciləri deyilmi?  Necə olur ki, mənim şirkətimə idxal edilən şüşə mallar yalnışlıqla xrustal kimi qələmə verilir, mallarımın rəsmiləşdirilməsi yubadılır, mallar ekspertizaya göndərilir, mənə maddi və mənəvi ziyan dəyir daha sonra mallar buraxılır və yalnışlığa yol verildiyi bildirilir. Rəsmi olaraq həmin yalnışlığa DGK-nin rəsmiləri tərəfindən başqa don geyindirilir. Necə olur ki, Bakı Baş Gömrük İdarəsinin rəisi tərəfindən mənim imzam saxtalaşdırılır, tərəfimdən izahat tələb edildikdə isə məsələni açıb-ağardılmasını istəmirlər, məsələnin üstündən keçirlər?

“Görəsən nə səbəbdən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük rəsmiləşdirilməsi idarəsinin rəisi Pərviz Kəngərkli həmin yollara əl atmır məni təhqiqatla, istintaqla, kontrabanda ilə təhdid edir!?”

Necə olur ki, xaricdən şirkətimə idxal edilən plafonlarla bağlı Gömrük rəsmiləşdirilməsi zamanı  mənim ödədiyim rüsumların şişirdilməsi ilə bağlı bu günədək mənə heç bir cavab verilmir və qanunazidd məndən  alınan artıq ödəmələri tələb etməyimə baxmayaraq bu günədək həmin vəsait mənə geri qaytarılmır və baş verən qanun pozuntusunu Dövlət  Gömrük Komitəsinin  cavan əməkdaşlarının səhvi kimi qələmə verirlər və bununla bağlı heç bir araşdırma aparılmır? Görəsən Dövlət Gömrük Kömitəsinin Rəhbərliyinin öz işçiləinin bu cür səhlənkarləqlarından xəbərdardırmı?”.

“Necə olur ki, mənim bir adda olan malım rəsmiləşdirilmədən keçmir, təhqiqata göndərilir. Amma… Karqo şirkətlərinin və vəzifəli gömrük məmurlarının himayə etdiyi şirkətlərinə hər gün 40 konteyner və içərisində yüzə yaxın adda və risk ehtimalı daha yüksək olan mallarla bağlı rəsmiləşdirilmə 15 dəqiqəyə həyata keçirilir?”

İş adamı R.Aslanov daha sonra qeyd edir:

“Hörmətli Cənab Prezident!

Görəsən Natiq müəllim KİV işçilərinin sorğusu ilə bağlı verdiyi cavabda göstərdiyi kimi “gömrük orqanları Xarici Ticarət  iştirakçıları ilə tamamilə informasiya texnologiyalarnın sistem üzərindən onlayın qaydada həyata keçirir və xarici ticarət əməliyyatları zamanı qanunvericiliyə əməl edən sahibkarların gömrük orqanına gəlməsinə ehtiyac yoxdur  söylədikdə nə qədər səmimidir və riyakarlıqdan uzaqdır? Natiq müəllimin xəbəri yoxdurmu ki, hər gün Dövlət Gömrük Komitəsinin müvafiq struktur bölmələrinə onlarla  karqo  şirkətlərin və  vəzifəli gömrük məmurlarının  himayədarlıq  etdiyi  şirkətlərin 45-ci   və hətta soruşsan şəxsiyyət vəsiqəsi belə olmayan şəxslərin  rəsmiləşdirilmə zalına girib çıxırlar. Buna nə ad vermək olar? Dəfələrlə bu hallar barədə tərəfimdən müvafiq gömrük qurumlarına faktlar, sübutlar təqdim edilmişdir. Lakin bu günədək buna məhəl qoyan yoxdur. Necə olur ki, mənim bir adda olan malım rəsmiləşdirilmədən keçmir təhqiqata göndərilir. Amma yenə də karqo şirkətlərinin və vəzifəli gömrük məmurlarının himayə etdiyi şirkətlərinə hər gün 40 konteyner və içərisində yüzə yaxın adda və risk ehtimalı daha yüksək olan mallarla bağlı rəsmiləşdirilmə 15 dəqiqəyə həyata keçirilir?

Axı Natiq müəllim mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi kimi bu cür hallardan ilk növbədə xəbərdar olmalıdır. Bunun üçün elə mənim gömrük orqanlarının fəaliyyəti  ilə bağlı Cənab Prezidentə ünvanladığım məktublarla tanış olmaq, oradakı faktları araşdırmaq yetərlidir. Deməli buradan belə nəticə çıxır ki, Natiq müəllimin başı başqa şeylərə qarışıb, üzərinə düşən vəzifə fünksiyalarını vicdanla yerinə yetirmir və işində  səhlankarlığa yol verir. Natiq müəllim yaxşı bilməlidir ki, əmək qanunvericiliyinə görə öz vəzifəsinin öhdəsindən gələ bilməyən, vəzifə fünksiyalarını vicdanla yerinə yetirməyən işində səhlənkralığa yol verən işçiləri nə gözləyir”.

“Ayın 16-17-18.2021 ci il tarixlərində mən, mənim şirkətimə aid olan sənədlərin aqibəti ilə maraqlandıqda mənə bildirilmişdir ki, sizin sənədlər təhqiqata göndərilməyib və göndərilmə ehtimalı yoxdur”.

R.Aslanov Prezident İ.Əliyevə müraciətində daha sonra bildirir:

“Hörmətli Cənab Prezident!

Məlumat üçün bildirirəm ki, Sizə ünvanladığım 17.12.2021-ci il tarixli son məktubumdan sonra mənim şirkətimə 01211000428399 bəyannamə nömrəsi ilə idxal edilən və Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilməsi həyata keçirilməli olan mallarıma dair sənədlər protokol tərtib edilərək  təhqiqata göndərilmişdir. Hətta məndə olan məlumata görə vaxtında təhqiqata göndərilmədiyinə görə Pərviz Kəngərli tərəfindən gömrük əməkdaşlarının birinə intizam tənbehi növü kimi töhmət verilmişdir. Bununla da Pərviz Kəngərli özünün qanunsuz əməllərinə qanuni don geyindirmək istəmişdir. Halbuki, ayın 16-17-18.2021 ci il tarixlərində mən, mənim şirkətimə aid olan sənədlərin aqibəti ilə maraqlandıqda mənə bildirilmişdir ki, sizin sənədlər təhqiqata göndərilməyib və göndərilmə ehtimalı yoxdur. Belə ki, şirkətimə aid olan mallar və sənədlər təhqiqat subyekti deyil”.

R.Aslanov göstərilən ciddi nüansları nəzərə alaraq, Prezidentdən xahiş edir:

“Hörməti Cənab Prezident!

Yuxarıda göstərilənlərə əsasən Sizdən xahiş edirəm ki, mənim şirkətimə aid olan 01211000428399 saylı bəyannamə  üzrə idxal edilən malların Dövlət rəsmiləşdirilməsindən keçirilməsi məqsədi ilə tabeliyinizdə olan vəzifəli şəxslərə müvafiq göstəriş verəsiniz”.

Hörmətlə,
“LİON CENTRE”MMC-nin
Direktoru ”        

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest