Təbrizdəki partlayışda 3 nəfər öldü – 14 yaralı var

Güney Azərbaycanın Təbriz şəhərinin “Abbasi” küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində bina tamamilə dağılıb.

“Azad İran” xəbər verir ki, Təbriz şəhər Yanğından Mühafizə İdarəsi məlumat verib ki, binanın dağılması nəticəsində 3 nəfər həyatını itirib və yaralananlar var.

Şərqi Azərbaycan Təcili Tibbi Yardım İdarəsinin rəisi Fərzad Rəhmaninin dediyinə görə, dağıntılar altından xilasetmə qüvvələrinin səyləri nəticəsində 16 nəfər dağıntı altından çıxarılıb ki, onlardan da 2-si həyatını itirib.

Daha sonrakı çalışmalar nəticəsində daha bir nəfərin cansız bədəni də dağıntılar altından çıxarılıb.

Rəhmaninin verdiyi məlumata əsasən, yaralananlardan 5-i artıq evə buraxılıb, ikisinin vəziyyəti ağır olmaqla 9 nəfər hazırda xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest