Şuşa- ziyarətin ünvanı

Şuşaya ayaq basan hər kəs Qafqaz zümrüdü Şuşanı sözün birbaşa mənasında inşaat meydanına çevrildiyini görür.

Erməni əsirliyində olduğu 28 il müddətində şəhərə dəymiş yaraları sağaltmaq, Şuşanı layiq olduğu səviyyədə bərpa etmək üçün Azərbaycan dövləti, şəxsən ölkə Prezidenti bütün imkanlarını səfərbər edib. Xalqımız üçün taleyüklü məqamlarda- 44 günlük ölüm-qalım savaşında ölkəmizə təkcə mənəvi dəstək olmayan qardaş Türkiyə və onun iş adamları yenə yanımızdadır.

Şuşa qalası yaxınlığında İqdırlı iş adamı “Kartaş Mr.Fix” şirkətinin rəhbəri Necmeddin Taşbağı görürəm.

Atüstü söhbətimizdə bir-neçə mövzulara toxunuruq.

Necmeddin bəy bu dəfəki səfərinin ölkəmizdə yaradılan Türk İş Adamları Birliyinin növbəti layihəsi ilə bağlı olduğunu deyir, Şuşaya hər ziyarətini müqəddəs adlandırır: “Şuşaya ilk gəlişimin çox böyük mənəvi təəssürratı olub. Şuşa bizim içimzdə bir yara idi. İşğaldan azad edildikdən sonra bu, 10-cu gəlişimdir və Şuşaya hər gəlişimdə ilk dəfəki həyəcanı yaşamaqdayam. 

Şuşaya iş üçün gəldiyim zamandan buradakı fəaliyyətimə isə adi iş kimi yox, mənəvi borc kimi baxıram. Şuşaya gəlib burada bir şeyin parçası olmaq, qalxdığını, inkişaf etdiyini görmək tamam başqa duyğudur.

Buraların Vətən torpağı olduğunu görmək insanda çox böyük bir mənəvi hissiyyat yaradır ”.  

Necmeddin bəy  inanır ki, qısa müddətdə türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş Şuşa ancaq türk dünyasının deyil, dünyanın bütün gözəllik heyranlarının ziyarət ünvanlarından birinə çevriləcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest