Sürətli yerimək ömrü 16 ilə qədər artıra bilər

İngiltərədə insanın yerimə sürəti ilə yaşlanma sürəti arasındakı əlaqəyə dair bir araşdırma aparılıb . Elm adamları sürətli yeriməyin ömrü uzatdığı qənaətinə gəlib.

Araşdırmanın nəticələri “Communications Biology” jurnalında dərc edilib.

Belə ki, tədqiqat zamanı 400 mindən çox yetkinlik yaşına çatmış insanın məlumatları təhlil edilib. Məlum olub ki, daha sürətli yeriyən yetkin insanlar 16 yaş daha cavan görsənir.

Alimlər hüceyrələrin ömrünü təyin edən telomer strukturlarının məlumatlarından istifadə ediblər. Belə nəticəyə gəlinib ki,  xromosomları qoruyan bu DNT parçaları daha sürətli yeriyən insanlarda daha uzun olur.

Hazırda alimlərin daha sürətli yeriməyin xəstəliklərin qarşısının alınmasına dair araşdırmaları davam edir.

İqbal Rzayev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest