Sumqayıtdakı faciənin təfərrüatı: Oğlanla qarajda meyiti tapılan qadın evli imiş

Sumqayıtda qarajda meyiti tapılan şəxslərlə bağlı bəzi faktlar məlum olub. 
Meyiti tapılan şəxslər ailəvi dost olublar. Bununla yanaşı oğlan subay, qız isə evli olub. 
İlkin ehtimala görə, onlar dəm qazından boğulublar. Belə ki, Vahid Məmmədov avtomobili qaraja saldıqdan sonra qapıları arxadan bağlayıb. Avtomobilin kondisioneri isə işlək vəziyyətdə olub. Ehtimal edilir ki, avtomobildən ixrac olunan dəm qazı kondisioner vasitəsi ilə maşına dolub və nəticədə hər iki şəxs boğularaq ölüb.
Avtomobilə baxış keçirilərkən kondisioner işlək vəziyyətdə olub, lakin yanacaq bitdiyi üçün maşın sönüb. 
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest