Sükan arxasında infarkt keçirən həkim avtomobilini hasara çırpdı

Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Samux rayon sakini, 1985-ci il təvəllüdlü Abbasov Loğman Əliş oğlu idarə etdiyi “Mercedes” markalı avtomobildə infarkt keçirib. Daha sonra idarəetmədən çıxan avtomobili daş hasara çarpılıb. Nəticədə sürücü dünyasını dəyişib.
İlkin ehtimalara görə, onun ölümü infarktdan olub.
Qeyd edək ki, mərhum Gəncə şəhərində stomatoloq kimi çalışıb.
Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest