Stepanyan SƏRSƏMLƏDİ: “Bu hakimiyyət getsə, Ermənistan türklərə, Qarabağ azərbaycanlılara keçməz

“Yeganə çıxış yolu bu hakimiyyətin istefasıdır, onda Ermənistan türklərə keçə bilməz”. 

Bu sərsəmləməni Respublika meydanında keçirilən aksiyada “Erməni Anaları” təşkilatının üzvü Anait Stepanyan deyib.

“Biz türkləri bağışlamırıq, türklərlə danışıqlara hazır deyilik, heç nəyi unutmamışıq və demək istəyirik ki, biz hamımız ölən qəhrəmanlarımızı xatırlayacağıq və onların şücaətinin puça çıxmasına imkan verməyəcəyik”, – deyə Stepanyan bildirib.

“Biz Arsaxın azərbaycanlılaşdırılmasının əleyhinəyik, ordumuzu silahlandırmamağın əleyhinəyik. Biz milləti birləşdirmək istəyirik, çünki qurtuluş bizim birliyimizdədir”, – deyə o çərənləyib.

Xuraman Etibarlı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest