Stend atıcılığı üzrə dünya çempionu güllədən öldü

Stend atıcılığı üzrə italiyalı dünya çempionu Kristian Gilli bədbəxt hadisə nəticəsində ölüb.

Faciəvi olay ov vaxtı baş verib. Dostları ilə ovda olduğu zaman Gilli yerə tökülən patronları götürmək üçün əyilib. Bu zaman onun əlindəki tapançadan atəş açılıb. Güllə gənc idmançının qarnına tuş gəlib və həyatına son qoyub.

Gilli 2021-ci ildə gənclər arasında dünya çempionu olub.

Qeyd edək ki, atıcılıq növləri müasir olimpiya hərəkatı yarandığı vaxt – 1896-cı ildə Yay Olimpiya Oyunlarının proqramına salınıb. 1904 və 1928-ci il istisna olmaqla, bütün olimpiadalarda yer alıb.Report.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest