Sosial şəbəkələrin çökməsinin ŞOK SƏBƏBLƏRİ-Müharibə başladı

Dünən bütün sosial şəbəkə çökdü. Bəzi platformalar isə bir neçə saatlığına işləmədi. Bu nə demək idi?

Cavab aydındır. Dünyada yeni müharibə başladı. Bu müharibənin adı kibermüharibədir. Ancaq bu müharibə gizlin gedir. Hücum edənin kim olduğunu əksəriyyət bilməsə də hücuma məruz qalanı bütün dünya bildi.

Müharibənin başlanmasınınsa yeganə səbəbi ABŞ-ın dünya hegemonluğuna son qoymaqdır. Bu dəfə bu hegomonluğun sosial şəbəkələrinə basqın edildi. Aydın məsələdir ki, dünyada mövcud olan əsas sosial platformalar ABŞ-da qurulub. Və demək olar ki, hamısı eyni adama məxsusdur. Bu adamın və yaxud bu şəbəkələrin hesabına ABŞ dünyanı idarı edir. Bu isə digər dövlətlər tərəfindən qısqanclıqla qarşılanır. Dünənki, çöküş də məhz həmin dövlətlərdən biri tərəfindən törədilib. Bunu ABŞ xüsusi xidmət orqanları və hətta sosial şəbəkələrin sahibləri çox gözəl bilir. Amma hücum edən tərəfin hansı ölkə olduğu çox guman ki, açıqlanmayacaq. Çünki, ortada nüfuz məsələsi var. Bu vaxtadək ABŞ özünü öyürdü ki, dövlətin və xalqın təhlükəsizliyi dayanıqlı şəkildə təmin edilib. Amma dünənki hadisə sübut etdi ki, deyilənlər ancaq quru sözdür. ABŞ heç də deyildiyi qədər təhlükəsiz ölkə deyil.

Maraqlı məqamlardan biri də odur ki, hücum edən tərəf hətta ən xırda məsələləri belə nəzərə alıblar. Beləki, Facebook platformasının əməkdaşları öz ofislərinə bir neçə saatlığına girə bilmədilər. Çünki, ofis qapılarının giriş parolları da kiberhücum nəticəsində məhv edilmişdi.

“Nyu-York Tayms” qəzetinin müxbiri Şira Frenkel məlumat yaydı ki, Şirkətin əməkdaşlarının binaya giriş kartları qapıları açmır.

Və təbii ki, məsələ barədə ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki də açıqlama ilə çıxış edib. Sözçü Ağ Evin sosial şəbəkə ilə bağlı problemləri izlədiyini deyib: “Biz vəziyyətdən xəbərdarıq və onu monitorinq edirik”.

Təkcə bu açıqlamanın özü hər şeyi apaydın göstərir. ABŞ-a qarşı kiber müharibə başladı. Bəs növbəti hansı proseslər yaşanacaq? Bu barədə ətraflı növbəti yazımızda.

Surxay Atakişiyev.

One thought on “Sosial şəbəkələrin çökməsinin ŞOK SƏBƏBLƏRİ-Müharibə başladı

  1. Boyuk dovletlerin muharibesi baslamasi elameti ola biler cunki nuve basliqli raketleri zerersizlesdirmek ucun bele edirler o raketler avtonom rejimde effektli deyiller,bir bizim ermenilerle muharibeni tesevvur edin?
    Dunyani idare eden adamlarin kimliyi goz qabagindadir ne desen olar!
    Putin,Bayden,Tsin pin,Kim cen in- hamisi basdan qrijalardi!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest