SOS: Dəhşətli qıtlıq və bahaçılıq gəlir

2021-ci ildə dünya miqyasında ümumi qida idxalının əmtəə qiymətləri 12 faizlik rekord artımla 1.72 trilyon dollara çatması gözlənilir.

Məlumat BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında yayımlanıb.

Bildirilir ki, yük maliyyətini də əhatə edən dünya qida idxal dəyəri 2020-ci ildə 1,53 trilyon dollar səviyyəsində olub.

FAO-nun hesabatına görə, epidemiya dövründə kənd təsərrüfatı məhsulları ticarətində qeydə alınan artımı qida istehlakının elastik olmadığını və beynəlxalq bazarların dayanıqlığını göstərir. Eyni zamanda 2020-ci ilin sonundan bəri davam edən qiymət artımları daha az inkişaf etmiş idxaldan asılı ölkələr üçün risk yaradır.

Proqnozlara görə, 2021-22-ci illərdə Çinin qarğıdalı idxalatının 24 milyon tona qədər artması gözlənilir ki, bu da Çini dünyanın ən böyük qarğıdalı idxalçısı edir.

2021-ci ilin may ayında dünya miqyasında zülalın orta istehlak qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 23 faizdən çox olub. Kalori baxımından da qiymətlər 34 faiz artaraq 2013-cü ilin fevralından bəri ən yüksək səviyyəyə yüksəlib.

FAO-ya görə, qida idxalının bütün idxalat üzrə payının artması bəzi bölgələrdə baş verə biləcək böhranlar üçün erkən xəbərdarlıq göstəricisi ola bilər. Qida kəsiri olan az gəlirli ölkələrin idxal sənədlərinin ən az inkişaf etmiş ölkələr qrupundan beş qat daha sürətli ola bilər. FAO turizm də daxil olmaqla ixrac gəlirləri pandemiyadan ağır zərbə alan ölkələrin xüsusilə həssas olacağı barədə də xəbərdarlıq edib. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest