“Son zəng”lə bağlı qərar verildi: Nazirdən açıqlama

Bu il məktəblərdə “Son zəng” keçiriləcək. Bununla bağlı Təhsil Nazirliyi Operativ Qərargaha müraciət etmişdi və müsbət cavab verildi.

Bunu təhsil naziri Emin Əmrullayev “Facebook”da canlı yayım zamanı deyib. O bildirib ki, “Son zəng” tədbirlərinin şərtləri yaxın günlərdə elan ediləcək.
“Açıq havada keçiriləcək. Müəyyən say məhdudiyyətləri tətbiq olunacaq. 100-dən artıq məzunu olan məktəblərdə bir neçə hissədən ibarət “Son zəng” tədbirlərini keçirməyi planlaşdırırıq. Karantin qaydalarına əməl etmək müəllim və şagirdlərdən tələb olunacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest