Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 673 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 912 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, 52 aktiv xəstə sayı nəfərdir.

Ölkədə son sutka ərzində 2 548, hazırkı dövrədək isə 6 853 222 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest